24 C
Bakı
21 Sentyabr 2026 23:06
Dünya

Tiktokun yaradıcısı Çinin ən zəngin adamı oldu

 

Tiktok sosial şəbəkəsinin yaradıcısı Zhang Yiminq Çinin ən zəngin adamı seçilib.

 

Tacxeber.com Azərtac-a istinadən xəbər verir ki, Şanxayda nəşr olunan “Hurun” jurnalının zəngin insanların yeni siyahısına əsasən, Zhang Yiminqin sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir.

 

Zhang tərəfindən yaradılan və Tiktokun sahibi olan “ByteDance” qrupu keçən il qlobal satışlarını 30 faiz artıra bilib. Tiktokun təkcə ABŞ-da təxminən 200 milyon istifadəçisi var. Çində Tiktok “Douyin” adlandırılır.

 

“Hurun”un məlumatına görə, keçən il Çində ifrat varlı insanların sayı ümumilikdə 142 nəfər azalıb, 753 nəfərin ən azı bir milyard ABŞ dolları məbləğində sərvəti var. 2021-ci ildə 1185-ə çatan zirvədən sonra Çin milyarderlərinin üçdəbirindən bir qədər çoxunu itirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması üçün şərt irəli sürüb

redaktor

Moskva artıq arxa cəbhə deyil: Ukrayna zərbələri və yeni ABŞ sanksiyaları Rusiyaya təzyiqi artırır

redaktor

Netanyahunun ABŞ planları alt-üst oldu?

redaktor