CəmiyyətMüsahibəQalmaqal

“COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri bununla məzələnirlər”

Milli Məclisin deputatı Aqil Abbas millət vəkillərinin yağışdan sonra Bakıda yaranan fəsadları barədə açıqlama verməmələri, məsələnin parlamentdə niyə qaldırılmadığı haqda müzakirələrə münasibət bildirib.

 

Tacxeber.com-un xəbərinə görə, deputat Pravda.az-a açıqlamasında deyib ki, ən sivil, inkişaf etmiş ölkələrdə də belə fəlakətlər baş verir.

 

“Drezdendəki sel muzeyi, kitabxananı basıb, nə qədər sənət əsərini məhv etmişdi. Bu, Amerikada, demək olar, gündə baş verən hadisədir. Bu yaxınlarda Fransanı sel, su götürüb aparmışdı. Praqanı da onun kimi…

 

Təbii fəlakətdir də, olur. Müəyyən təşkilatlar, gərək, işlərini yaxşı quralar. Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri bununla məzələnirlər. Bu cür davranışın əleyhinəyəm. Adi təbii fəlakətdir, buna şübhə salmaq, məzələnmək lazım deyil”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Təvəkkül Səlimov: “Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar”

redaktor

Qəhrəman pilotumuz Aleksandr Kalyaninovun YENİ GÖRÜNTÜLƏRİ

redaktor

Avrokuboklarda çıxış edən futbol klublarmız nə qədər pul qazanıb?

admin