Dünya

Litvada 50 yaşlı kişi Müdafiə Nazirliyinin binasını yandırdı

Vilnüs polisi Litva Müdafiə Nazirliyinin binasında yanğın törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü şəxsi saxlayıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “Diena” portalı hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, saxlanılan kişi özünü nalayiq şəkildə aparıb.

 

Litva Müdafiə Nazirliyinin binasının birinci mərtəbəsində yanğın oktyabrın 19-da axşam saatlarında başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına görə, istifadə olunmayan taxta giriş qapısı yandırılıb.

 

Səhər saatlarında yanğın tamamilə söndürülüb. Hadisə ilə bağlı ibtidai istintaqa başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Niyə Rusiyaya olar, Qərbə yox? Və ya Putinin başı necə getdi?

redaktor

Türkiyə Fransaya, İspaniya İngiltərəyə qarşı

admin

İsraildə hökumət böhranı və Netanyahunun son oyunu

redaktor