12 C
Bakı
28 Mart 2026 18:07
DünyaGündəmHadisəQalmaqal

Melikov Kadırova meydan oxudu – Rusiyada nə baş verir?

Dağıstan regiondan olan senator Süleyman Kərimovu dəstəkləməyə hər zaman hazırdır.

 

Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Dağıstanın rəhbəri Sergey Melikov Dərbənddə parkın açılışında deyib.

 

“O, öz xalqı üçün yalnız xeyirxah işlər görür. Dağıstan ona çətin anlarda həmişə dəstək olacaq. Çünki bizim gücümüz birlikdədir və parçalanma cəhdləri yalnız düşmənlərimizin əlinə oynayır”, – o bildirib.

 

Qeyd edək ki, oktyabrın 9-da Ramzan Kadırov Çeçenistanın təhlükəsizlik qüvvələri qarşısında çıxış edərək, ona qarşı sui-qəsd təşkil edildiyini bildirib. Kadırov sui-qəsd cəhdində Süleyman Kərimov, Bekxan Baraxoyev və Rizvan Qurbanovu suçlayıb və onlara “qan davası” ilə bağlı xəbərdarlıq edib. Ramzan Kadırov çıxışı zamanı “Wildberries” ofisində baş verən atışma hadisəsini də bu üçlüklə əlaqələndirib.

 

Ramzan Kadırovun bəyanatından sonra Rizvan Qurbanov videomüraciət yazıb və Çeçenistan rəhbərinə sui-qəsd hazırladığını inkar edib. O, həmçinin bildirib ki, “Wildberries” şirkəti ilə heç bir əlaqəsi yoxdur.

 

Sentyabrın 18-də Moskvada “Wildberries” ofisində atışma baş verib, nəticədə 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Zaporojye ən qaynar nöqtəyə çevrilib” – Sırski

redaktor

Uşaqlar üçün verilən müavinətlə bağlı məlumat

redaktor

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

redaktor