Rusiya ordusu Ukraynanın Odessa limanına gecə saatlarında raket zərbələri endirib.

 

Tacxeber.comxarici mətbuata istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

 

Bundan əlavə, limanda olan konteyner gəmilərindən biri cidid zədələnib.

 

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa faktla bağlı dünya dövlətlərinə səslənib. O, ​bütün dövlətlərdən Rusiyanın hücumlarını pisləməyi tələb edib: “Rusiya Odessa limanını vurmaqla, qlobal ərzaq təhlükəsizliyini təhdid edir”

 

Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini Oleksiy Kuleba zərdələnən gəminin Panama bayrağı altında üzən “Şui Spirit” konteyneri olduğunu açıqlayıb: “Bu, son dörd gündə Rusiyanın hücumuna məruz qalan üçüncü xarici gəmidir”.

Tacxeber.com