Cəmiyyət

AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Əməkdar artist Ədalət Şükürovun Bakı yolları ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Tacxeber.comxəbər verir ki, Qurumdan Baku.ws-ə bildirilib ki, Əməkdar artist Ədalət Şükürovun fikirlərinə hörmətlə yanaşırlar və onun təkliflərini dinləməyə hazırdırlar.

 

“Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.

 

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.

 

Belə bir kontekstdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik”, – deyə qurumdan bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Şairin ömrü neçə il yaşaması ilə deyil, həqiqətin yanında neçə dəfə dayanması ilə ölçülür

redaktor

Azərbaycanda qapısına qıfıl vurulan universitetlər – Niyə fəaliyyətləri dayandırılıb?

redaktor

“Vital Hospital” bağlandı

redaktor