
Harvard Universitetinin alimi, professor Nik Norvitz şəxsən ayda 720 yumurta yeyərək sensasiyalı təcrübəsinin nəticələrini açıqlayıb.
Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, yumurta istehlakının xolesterola təsirini müşahidə etmək istəyən Nik Norvitz açıqlamasında bu sahəni mütəxəssislərini heyrətləndirib.
Məlumata görə, gündə 24 yumurta yeyən alim bir ay ərzində aparıdığı təcrübəylə yumurtanın xolesterolu yüksəltməsi ilə bağlı iddiaları alt-üst edib: “Norvitz həddindən artıq yumurta istehlakının məşhur inancın əksinə olaraq “pis xolesterol” olaraq bilinən LDL səviyyələrini artırmadığını iddia edib. Əksinə, təcrübənin sonunda LDL səviyyələri 18 faiz azalıb”.
