Dünya

Durov Parisdə həbs olunarkən onun sevgilisi hamilə imiş – FOTO

Pavel Durovun sevgilisi Yuliya Vavilova “Telegram”ın sahibinin Parisdə həbsindən sonra bətnindəki övladını itirdiyini bildirib.

Tacxeber.com xəbər verir ki, o, “Telegram” kanalında həmin vaxt on həftəlik hamilə olduğu barədə məlumat verib.

Qadının sözlərinə görə, Durov Fransada həbs edildikdən sonra o, uşağını itirib, oktyabrın 4-də dölün ürəyi dayanıb.

Vavilova qeyd edib ki, hamilə olduğunu avqustun sonunda iş adamı saxlanılandan sonra bilib.

Durov bu xəbəri təsdiqləyib və bildirib ki, sevgilisi həbsdə olarkən ona böyük təzyiqlər olub. Məlumata görə, Yuliya da dindirilib, jurnalistlər isə ona “Mossad agenti” ləqəbi veriblər.


Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor