22 C
Bakı
09 Oktyabr 2026 17:34
Dünya

Livanda bütün təhsil müəssisələri bağlandı

Livanda davam edən münaqişə səbəbindən məktəblərdə və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə təxirə salınıb.

Tacxeber.comTASS-a istinadən xəbər verir ki, bunu Beyrutda keçirilən mətbuat konfransında respublikanın təhsil naziri vəzifəsini icra edən Abbas Hələbi bildirib.

“Nazirlik 1.3 milyon şagirdi və müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz. Ona görə də tədris ilinin başlanması noyabrın 4-nə təxirə salınıb”, – deyə məmur qeyd edib.

O, həmçinin xatırladıb ki, hazırda əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor