22 C
Bakı
09 Oktyabr 2026 16:07
Dünya

İsrail qırıcıları Livanda “Hizbullah”ın 150-yə yaxın hədəfinə ZƏRBƏ ENDİRDİ

İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın 150-yə yaxın hərbi obyektinə hücum edib və cənubda sərhəd bölgələrində döyüşlər davam edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə informasiyanı İsrail Ordusunun mətbuat xidməti yayıb.

 

Məlumata görə, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanda komanda məntəqələrinə, yeraltı infrastruktura, silah anbarlarına və “Hizbullah”ın ayrı-ayrı silahlı birləşmələrinə zərbələr endirib.

 

“Bu zərbələr nəticəsində “Hizbullah”ın onlarla terrorçusu, o cümlədən Radvan qüvvələrinin (“Hizbullah”ın hərbi qanadının elit bölmələri – red.) sılahlıları məhv edilib”, – ordudan bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor