Dünya

Müəllim rus dili tələbinə görə şagirdi döydü – VİDEO

Özbəkistanda rus dili müəllimi şagirdin ondan rus dilində dərs keçməsini tələb etdiyi üçün döyüb.

 

Tacxeber.com xəbər verir ki, Daşkənd məktəbinin 6-cı sinif şagirdi ilk rus dili dərsini tamamilə özbək dilində keçirən müəllimə etiraz edib. Bu iradlara cavab olaraq müəllim uşağa qarşı fiziki zorakılıq göstərib. Bundan xəbər tutan valideynlər kameralardan çəkilişlər və müəllimlə söhbət tələb ediblər.

 

Məlumata görə, müəllim heç nəyə peşman olmadığını, “Özbəkistan özbəklər üçün ölkədir, qalanları getsin” deyib.

 

Hadisə Özbəkistanın rəsmi orqanları tərəfindən şərh edilib. Onlar müəllimin sınaq müddətində olduğunu və 188 saylı məktəbdə rəsmi işə qəbul olunmadığını bildiriblər.

 

Uşağın ciddi xəsarət almadığı və səhhətinin yaxşı olduğu bildirilir.

 

Vəziyyət Uşaq Hüquqları üzrə Ombudsman tərəfindən nəzarətə götürülüb.

 

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor