17 C
Bakı
28 Sentyabr 2025 04:11
Sağlamlıq

Uşaqlar arasında yayılan səpgili xəstəlik əslində nədir? – Həkim danışdı

Son vaxtlar uşaqlarda səpgili infeksiya müşahidə olunur.

 

Tacxeber.comxəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O bildirib ki, bu xəstəlik qızılca, məxmərək, su çiçəyi və ya skarlatina da deyil:

 

“Ağız-əl-ayaq” xəstəliyidir. Koksaki virusu tərəfindən törədilir, Oral, fekal-oral yolla ötürülür.
Hərarət yüksəlir, ağızda,əllərdə, ayaqlarda,bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Dərhal həkimə müraciət edilməlidir ki, yuxarıda göstərilən xəstəliklərdən ayırd etsin”.

 

Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin spesifik müalicəsi yoxdur:

 

“Hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. 5-7  gün ərzində keçir”.

 

Qeyd edək ki, bundan əvvəl isə pediatr Qoşqar İsmayılov son günlər uşaqlar arasında qızılcayabənzər skarlartina xəstəliyinin yayıldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

İrəliləmiş böyrək xərçənginin müalicəsi TAPILDI

redaktor

Niyə gecələr yeməyə can atırıq? – Nutrioloq açıqlayıb

redaktor

Hər insult eyni olmur – Qəfil yaddaş itkisinə diqqət

redaktor