12 C
Bakı
16 Mart 2026 18:15
Sağlamlıq

Uşaqlar arasında yayılan səpgili xəstəlik əslində nədir? – Həkim danışdı

Son vaxtlar uşaqlarda səpgili infeksiya müşahidə olunur.

 

Tacxeber.comxəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O bildirib ki, bu xəstəlik qızılca, məxmərək, su çiçəyi və ya skarlatina da deyil:

 

“Ağız-əl-ayaq” xəstəliyidir. Koksaki virusu tərəfindən törədilir, Oral, fekal-oral yolla ötürülür.
Hərarət yüksəlir, ağızda,əllərdə, ayaqlarda,bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Dərhal həkimə müraciət edilməlidir ki, yuxarıda göstərilən xəstəliklərdən ayırd etsin”.

 

Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin spesifik müalicəsi yoxdur:

 

“Hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. 5-7  gün ərzində keçir”.

 

Qeyd edək ki, bundan əvvəl isə pediatr Qoşqar İsmayılov son günlər uşaqlar arasında qızılcayabənzər skarlartina xəstəliyinin yayıldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Alçanın inanılmaz faydaları

redaktor

Ürəyi və qaraciyəri möhkəmləndirən, xərçəngdən qoruyan ŞƏFAVERİCİ QARIŞIQ

redaktor

Nəyə görə rozmarin saçlar üçün faydalıdır?

redaktor