32 C
Bakı
12 Avqust 2025 15:35
Şou

“Evlərindəki kişi bunlara deməlidir ki, bəsdirin”

“Biz də məclislərə gedirik. Niyə bizdən həmin mahnıları tələb etmirlər? Məndən xahiş edən olsa, çıxıb məclisdən gedərəm. Sənətimə, musiqiyə özümə hörmət edən oğlanam. Bir ucuz mahnıya görə ölkəni zəbt etmək olmaz”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Elgizlə izlə” verilişində deyib. Sənətçi bir neçə gündür gündəmdən düşməyən Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalından danışıb. O bildirib ki, ifaçıların oxuduğu mahnı Azərbaycan musiqisi üçün utancvericidir:

 

“Hər ikisi ailəlidir, evində kişi var. Deməlidir ki, bəsdirin, qurtarın. 31 ildir evliyəm, Nadir Qafarzadənin həyat yoldaşını və ya gəlinini TikTok-da görmüsünüz? Yox, görməyəcəksiniz də. Azadlıq deyib hər şeyi abartdıq. Qurumlar buna baxmalıdır. Yataq otağını qoyduq ortaya”.

 

Qeyd edək ki, Şəbnəm və Vəfa “Cənnətimsən” mahnısı üstündə mübahisə edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Kürəkənimin 40 mərasimində evə nəvəmin meyidi gəldi”

redaktor

Narkoman, “alkaş”, bivec meyxanaçılar: Onlar niyə çoxalıb?

redaktor

“Səni axtarıram”a gələn qadın: “Həyat yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir”

redaktor