24 C
Bakı
11 Avqust 2025 22:31
İqtisadiyyat

Bank “dollarımız bitib” deyir: Nə baş verir?

Bəzi müştərilər dollar almaq istəyəndə, banklardan bu tip cavab eşidirlər: “Bankda dollar bitib”, “Sizdən əvvəl gələn müştəri böyük məbləğdə dollar aldığı üçün bitib” və s. Bu zaman belə təəssürat yaranır ki, bank dollar satmaq istəmədiyi üçün bu cür cavab verir. Ümumiyyətlə, banklarda dollar bitirmi? Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, hansısa bankın filialında, şöbəsində dollar yoxdursa, bu, normal hadisədir:

 

“Çünki bankların valyuta dəyişmə məntəqələri də X-dən alıb, Y-ə satırlar. Yəni digər müştəri gətirib dollar satmasa, bankda dollar problemi yarana bilər. Eyni zamanda bütün banklarda dolların olmaması suallar yarada bilər. Amma ümumi şəkildə hazırda ölkədə dollar qıtlığı müşahidə olunmur. Konkret müştərilər bəzi bank filiallarında bu problemlə rastlaşıblarsa, bunu ümumiləşdirmək doğru olmaz”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın bəzi rayonlarında ət ucuzlaşıb

redaktor

Uçan taksi planı suya düşdü

admin

Azərbaycanda idxal fəlakətli dərəcədə artıb – 48.8 faiz

admin