Hadisə

Novxanıda restoranda ƏMƏLİYYAT: ofisiant bu əməllərinə görə TUTULDU

Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.

 

Tacxeber.com xəbər verir ki, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.

 

Burada ofisiant işləyən Sumqayıt şəhər sakini İ. Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ. Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.

 

Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu “gözətçiliyi” 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ. Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.

 

İ. Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

 

Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı tələbə rus hücumundan sonra öldü: dənizçi olmaq arzusu müharibə tərəfindən alt-üst oldu

redaktor

Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

redaktor

Odessa sahillərində Azərbaycanlıları daşıyan daha bir gəmiyə hücum edilib

redaktor