Siyasət

Tahir Kərimli Müsavat və ReAL-dakı istefalardan danışdı

 

“Novella Cəfəroğlunun fəaliyyətinə Dilarə Əliyevanın dövründən başlayaraq bələdəm. Bir yerdə milli-azadlıq hərəkatında iştirak etdiyimizdən onun taleyi ilə bağlı fikir bildirmək haqqım var. O, Əbülfəz bəyin ən yaxın dostu, sirdaşı olub, xalq hərəkatında mühüm rol oynayıb. Aid olduğu təşkilatın ayaqda qalması üçün çox əmək sərf edib. Novella xanım fikirlərini həmişə səmimi deyib, ikibaşlı oyun oynamayıb. Ona görə də növbədənkənar parlament seçkilərlə bağlı özəl fikrinə görə Müsavat Partiyasının təzyiqi ilə partiyadan istefa verməsinə təəssüf edirəm. Məncə, bundan heç kim qazanmayacaq”.

 

Tacxeber.com pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

“O ki qaldı İlqar Məmmədovun istefasına, məncə, doğru addım atıb, Partiyasının demokratik imicini saxlamaq istəyib. Ona və REAL Partiyasına uğurlar diləyirəm. Həmin partiyada dəyərli ziyalılar var. Onlar müvafiq qərar qəbul edəcəklər”, – T.Kərimli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Navalnının ölümü ilə bağlı məlumat üçün 100 min avro veriləcək

admin

Türkiyənin iqtisadi durumu son hadisələrdən sonra daha da gərginləşib.

admin

Əraqçi ABŞ və İsraili hədələyib

redaktor