CəmiyyətSiyasət

Daha bir partiya sədri istefa verir

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən partiya sədri Mirmahmud Mirəlioğlu deyib.

 

Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır:

“Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs – sədr daşıyır. Bu A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istəlinən zamanda mümkündür”.

 

Sədr deyir ki, bu prosesdə ciddi bir məsələ var:

“Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur”.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn istefa verəcəyini deyib. Ötən gün isə REAL Partiyasının sədri İlqar Məmmədov istefasını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan hökuməti AXCP üzvünə təzminat ödəyəcək

admin

Xamenei niyə yoxa çıxıb?

admin

Meyxanaçı Ələkbər Yasamallı SÜKUTU POZDU: Rəşad Dağlı ilə çörək kəsmişdik….

redaktor