Kriminal

Bakıda polis əməliyyat keçirdi – Evə silahlı basqın edən şəxs zərərsizləşdirildi

 

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

 

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

 

Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.

 

Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Mənzillər, qətl və milyonlar: Elman Paşayevin oğlu səs-küylü işdə təqsirləndirilən şəxsə çevrilib

redaktor

SOCAR-ın sahə rəisi: “Dənizaltı borular kəsilərək satılır”

admin

Almaniyada yeni bir terror aktı

redaktor