
Biz Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birlikdə sosial şəbəkədə yayılan görüntülərə baxmışıq.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədrin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, 508 görüntü tirajlanıb, bütün görüntülər 25 dairədən 49 məntəqəni əhatə edir.
MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, 6478 məntəqənin cəmi 49-da belə görüntülər var.
MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, həmin görüntülərin izlənməsi bir gün çəkəcək: “Sentyabrın 11-i keçiriləcək iclasda bəzi görüntüləri müzakirə edə biləcəyik”.
Sədr qeyd edib ki, MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda Ekspert Qrupunun üzvlərinə təqdim ediləcək: “Çünki kifayət qədər çox görüntü var. Amma bunlara əsasdan başlayaraq baxmaq rahat olacaq”.
