24 C
Bakı
13 Avqust 2025 09:44
Cəmiyyət

Fazil Mustafa onun ömürlük həbsini tələb edir

 

Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa onu güllələyən şəxsə verilmiş cəzadan narazıdır.

 

Qafqazinfo xəbər verir ki, Fazil Mustafa 20 il azadlıqdan məhrum edilmiş Səbuhi Şirinovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.

 

Deputatın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bir neçə gün əvvəl hökmdən iş üzrə təqsirləndirilən şəxslər də şikayət veriblər.

 

Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb.

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin təşkilatçısı kimi Azər Səricanov ömürlük, F.Mustafanı vuran Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tacxeber.com

Oxşar xəbərlər

MİDA-nın “işıq sürəti”ndə satılan mənzilləri: “Ehtiyacı olan deyil, pulu olan qazanırsa, təbii ki, narazılıq yaradacaq…”

redaktor

QALMAQAL – Nazirlik tender keçirtmədən Mehdiyevlərin şirkəti ilə müqavilə imzalayıb.

admin

Həm maaş, həm də pensiya alan deputatlar – Siyahı

redaktor