Cəmiyyət

“Kişi xəyanət edəndə, ilk öz qızını düşünsün”

Əməkdar artist Kəmalə Müzəffər xəyanətdən danışıb.

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, “İncə səhər” verilişinə qonaq olan aktrisa xəyanət edən kişilərə səslənib:

“Nə qədər ki, insan övladı var, xəyanət də olacaq. İnsan nə qədər öz nəfsinə hakim çıxmayacaqsa, xəyanət olacaq. Bir dəfə çəkilişdə aktyorlardan biri dedi ki, yazıq kişilər nə etsin? Cavab verdim ki, həmin anda fikirləşsinlər ki, qızıma etsəydilər necə olardı? Qızı yoxdursa, xanımını, anasını düşünsün. Mənim başıma xəyanət gəlsəydi, bilmirəm nə edərdim. Bəlkə ya duruma görə susardım, ya susmazdım”.

“Xəyanət” serialındakı rolundan bəhs edən K.Müzəffər “Qadınlar yaxınlaşır ki, mənim həyatımı oynayırsınız, mən uşaqlarıma görə susdum və dözdüm”  sözlərini söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan mətbuatının halına DİQQƏT

admin

Əli Zeynal və Ramil Babayev həbsxanalardakı rüşvətdən yazır: Rəislərin qanunsuz gəliri: Kars-karantin və 2/3

admin

İran böyük dəyişikliklərin astanasındadır

redaktor