16 C
Bakı
26 Sentyabr 2025 05:36
Cəmiyyət

“Nikosayağı”nın qəzaya düşdüyü avtomobilin nömrəsi satışa çıxarıldı – MƏBLƏĞ

 

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

 

Tacxeber.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır.

 

Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur.

 

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

 

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“OBA” marketdən daha bir şikayət – FOTO

redaktor

“Sabah” – “Sent-Patriks” matçına nə qədər bilet satılıb?

admin

“Kəpəz” “Turan Tovuz”a böyük hesabla qalib gələ bildi

admin