16 C
Bakı
26 Sentyabr 2025 02:57
Şou

Aktyor: “Cesika adlı itin ad günündə tamada olmuşam, axırda it…”

 

Tanınmış bloger və aktyor Kamran Razmovar Baku TV -nin məşhur layihəsinin qonağı olub.

 

Tacxeber.com musavat.com-a istinadla xəbər verir ki, o, aparıcı Kamran Ağabalayevin suallarına cavab verərkən həyatına dair çox maraqlı detalları açıqlayıb.

 

Bəlli olub ki, Kamran Razmovar erkən gəncliyində Bakıda dondurma satıb və ruzusunu bu cür qazanıb. Xalq artisti Yaşar Nuri ilə rastlaşması isə onu aktyorluğa gətirib. Universiteti bitirəndən sonra Gənc Tamaşaçılar və Axundov adına Rus Dram Teatrlarının aktyoru işləyib.

 

Bu sənətdə də pul olmadığından, Razmovar tamadalığa başlayıb. Seyr edəcəyiniz bu videoda da özünün dediyi kimi, bu sənətdə də başına qəribə hadisələr gəlib. Məsələn, bir bəyin iki evlilikdə də tamadası olub. Ən kuryoz hadisə isə Bakıda “Cesika” adlı itin 10 illik yubileyində tamada olmasıdır. Bəlli olur ki, itin ad gününə hətta Rusiyadan da hörmətli qonaqlar gəlibmiş. Sonda “Cesika” doğum günü tortunun şamlarını da söndürüb.

Tacxeber.com

Oxşar xəbərlər

“Damla, Günay, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım” – Könül Kərimova

redaktor

“Mənə söz deyəndə tapşırın ki, kimsə bilməsin” – Video

redaktor

Fatimənin məscid önündəki videosu qalmaqal yaratdı – Video

redaktor