23.4 C
Bakı
15 İyun 2026 17:04
CəmiyyətGündəmQalmaqal

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edildi – Vəzifəli şəxslər işdən çıxarıldı

Onlarla tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün Göyçay Peşə Liseyindən xaric edilib.

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.

 

Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub:

“Araşdırmanın nəticəsi kimi, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər”.

 

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin də əmək müqavilələrinə xitam verilib. (Azxeber)

Tacxeber.com

Oxşar xəbərlər

İki QHT sədrinin həbsindən sonra daha birinin axtarışa verildiyi bildirilir

admin

Rövnəq Abdullayevdən qorxuram

admin

Avropa Parlamentində Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq çağışları eşidilir

admin