24 C
Bakı
22 İyun 2025 10:20
Dünya

Edvard Snouden: “Durovun saxlanılması Fransa üçün rüsvayçılıqdır” – FOTO

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden “Telegram”ın təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün rüsvayçılıq adlandırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə E.Snouden “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Durovun həbsi əsas insan hüquqlarına söz və birləşmək azadlığına hücumdur. Fransa prezidenti Emmanuel Makronun şəxsi mesajlara çıxış yolu kimi girov götürmə səviyyəsinə enməsi məni təəccübləndirir və dərindən kədərləndirir. Bu, təkcə Fransa üçün deyil, bütün dünya üçün rüsvayçılıqıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, “Telegram”ın təsisçisi Pavel Durov Fransanın “Le Burje” hava limanında saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp yaxın günlərdə Zelenski ilə GÖRÜŞƏCƏK – VİDEO

redaktor

Rusiyalı general: “Müharibə hələ çox davam edəcək”

redaktor

Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərəcək

redaktor