Siyasət

Putin: “Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına kömək edəcək”

“Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək”.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

 

“Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq”, – deyə Putin diqqətə çatdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Bir ayaqları boyda olduğum 3 kişi üzümə durdu ki, söyüş söymüsən, eşitmişik”

admin

Putindən Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA

redaktor

Kəmaləddin Heydərovdan yeni təyinat: Son yarım ildə iki rəhbər dəyişdi – Foto

redaktor