24 C
Bakı
22 İyun 2025 16:08
DünyaMuharibə

Ruslar Kurskı boşaltmağa davam edir: daha 1700 nəfər…

Son 24 saat ərzində Kursk vilayətinin sərhədyanı rayonlarından 1,7 mindən çox insan təxliyə edilib.

 

Bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edənin mətbuat katibi İrina Tolmaçeva deyib.

 

“Bölgədə fövqəladə rejimi qüvvədədir, Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun əmri ilə gün ərzində 1724 nəfər müstəqil və mütəşəkkil qruplar şəklində təxliyə edilib”, – o bildirib.

 

Onun sözlərinə görə, evini tərk etmiş 6,5 mindən çox adam Kursk vilayətindəki 84 müvəqqəti saxlama məntəqəsinə yerləşdirilib.

 

Tolmaçeva əlavə edib ki, Rusiyanın 24 regionunda 171 müvəqqəti saxlama məntəqəsinə isə 10 minə yaxın insan yerləşdirilib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

İranın ali rəhbəri aradan qaldırılsa xaos olacaq – İraqın dini lideri

redaktor

Bill Qeytsin ən çox sərmayə yatırdığı şirkətlər – SİYAHI

redaktor

“Hər şey bir vərəqdə yazılıb…” – Putin ilk dəfə bu qorxusundan danışdı

redaktor