11 C
Bakı
30 Mart 2026 04:03
Dünya

Qazaxıstan meymunçiçəyi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.

 

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Vurğulanıb ki, Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib.

 

Bundan başqa meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara isə xüsusi diqqət yetiriləcək.

 

Nazirlik endemik ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara müəyyən ehtiyat tədbirlərinə əməl etməyi, xüsusən də xəstə insanlar və vəhşi heyvanlarla təmasdan qaçmağı tövsiyə edib. Qeyd olunub ki, Qazaxıstanın özündə bir dənə də olsun virusa yoluxma halı qeydə alınmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada Rusların işğal etdiyi ərazilərdəki sərvətin həcmi…

admin

İrandan növbəti diplomatiya ayıbı – Səfir kraliça Letizia ilə əl sıxmaqdan imtina etdi – VİDEO

redaktor

Tbilisidə etirazlar davam edir – FOTO/VİDEO

redaktor