21 C
Bakı
09 Oktyabr 2026 15:42
Dünya

İranın yeni XİN rəhbəri kimdir? – Vətən müharibəsində Azərbaycana gəlib

Xəbər verdiyimiz kimi, İranın yeni xarici işlər naziri Abbas Əraqçi olub.

Tacxeber.comxəbər verir ki, onun namizədliyi ölkə parlamenti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Məsud Pezeşkian prezident seçildikdən sonra Əraqçi onun xarici siyasət məsələləri üzrə müşaviri olub. Yeni XİN başçısı həmçinin keçmiş nazir müavini olub və 2015-ci ildə nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb.

İran prezidentinin xüsusi nümayəndəsi kimi 2020-ci ilin oktyabrında Qarabağda 44 günlük müharibənin qızğın vaxtında münaqişənin həll variantlarını müzakirə etmək üçün Ermənistan, Rusiya, Azərbaycan və Türkiyəyə səfər edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor