28 C
Bakı
11 Avqust 2025 20:18
Cəmiyyət

Otellərdə verilən şampunları niyə işlətmək olmaz? – Xəbərdarlıq

 

ABŞ-nin Texas ştatının San Antonio şəhərində yaşayan və daha əvvəl hotel meneceri işləmiş Melissa Henksin etirafları sosial şəbəkə istifadəçiləri arasında narahatlığa səbəb olub.

 

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, TikTok-da video paylaşan Henks müştərilərə hotellərdəki şampunlardan istifadə etməməyi tövsiyə edib.

 

Keçmiş menecer bildirib ki, otellərdə pulsuz verilən hamam-tualet ləvazimatları ilə ehtiyatlı davranmaq lazımdır. O, xüsusilə insanlara şampun, kondisioner və bədən losyonlarından uzaq durmağı məsləhət görüb:

 

”Duş qəbul edərkən ağzına qədər doldurulmuş şampun şüşələri hamamda sizi gözləyir. Heç vaxt bu şampunlardan istifadə etməyin, çünki sizdən əvvəl müştəri onların içərisinə nəsə tökmüş ola bilər. Bəzən belə məhsullarda saç boyası, ağardıcılara rast gəlirik. Məncə, otelə gələndə özünüzlə mini ölçülü şampun və losyonunuzu gətirin.
Öz qulluq vasitələriniz yoxdursa, resepşına gedin və yeni qulluq dəsti istəyin. Belə xoşagəlməz hallarla gözlənildiyindən də tez-tez rastlaşırıq”,- o söyləyib.

 

Sosial şəbəkə istifadəçilərindən biri isə bildirib ki, şampunun içərsinə tük tökən krem əlavə edənlər də olur.

 

Sözügedən video sosial şəbəkələrdə 1 milyondan çox baxış toplayıb.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Milli Məclisdə “Media haqqında” Qanuna dəyişikliklər təsdiqlənilib

admin

“Temu” işlədənlərin nəzərinə! – Məlumatlarınız oğurlana bilər

redaktor

Prokuror Tofiq Yaqublu üçün 10 il tələb etdi.

admin