12 C
Bakı
28 Mart 2026 22:12
Hadisə

Sabunçuda havaya tüstü buraxan zavod CƏRİMƏLƏNDİ

Sabunçu rayonunda fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülər araşdırılıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən müəssisənin “17 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodu olduğu müəyyən edilib. Zavodda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.

Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda filtrlərin vaxtında dəyişdirilməsi üçün məcburi göstəriş verilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Sabah” “Çelye”yə son saniyələrdə buraxdığı qolla məğlub oldu

admin

Donald Tramp yoxa çıxıb…

admin

Qazi Hacı Vəliyev artıq 16 gündür ki, həbsxanada aclıq aksiyası keçirir.

admin