DünyaGündəmMuharibəSiyasət

Britaniya Kurskla bağlı Ukraynaya bu icazəni verdi – Təcili

Böyük Britaniyanın Müdafiə Nazirliyi təsdiq edib ki, Ukrayna Rusiya ərazisində, o cümlədən Kursk vilayətində hücum zamanı Britaniya silahlarından sərbəst istifadə edə bilər.

 

Bu barədə “Tayms” nəşri yazıb.

“Böyük Britaniya hökumətinin siyasətində heç bir dəyişiklik olmayıb. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ukraynanın Rusiyanın qanunsuz hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Bu, Rusiyadakı əməliyyatları istisna etmir”, – MN rəsmisi nəşrə açıqlamasında deyib.

 

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles də bildirib ki, Ukrayna əvvəllər uzaq mənzilli “Storm Shadow” raketləri istisna olmaqla, ona verilən istənilən silahdan istifadə etməklə Rusiya ərazisindəki hədəfləri vurmaq icazəsi alıb. O, eyni qaydaların Ukraynanın Kursk vilayətindəki əməliyyatına da şamil edilməsini təklif edib:

“Əgər bu hücumlar Ukraynanın işğalını dəstəkləyən logistikanı və infrastrukturu məhv etmək məqsədi daşıyırsa, o zaman Britaniya silahlarından istifadə etmək tamamilə qanunidir”. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya İrandan yüzlərlə dron aldı – Qərb kəşfiyyatı

redaktor

Heydər Əliyevə xidmət edən tibb bacısı: “Əlimi buraxmırdı, onun yaşıl gözlərini heç vaxt unutmayacağam…”

redaktor

“Təcridxanada nəzarətçi olmaq” – siyasiməhbus, jurnalist Sevinc Vaqifqızı

admin