26 C
Bakı
21 İyun 2025 17:31
Dünya

Köçəryan: “Paşinyan tətilini Tik-Tokda keçirib reytinqini qoruyur”

 

“Ermənistanın baş naziri Nikol Paşinyan tətilini Tik-Tokda bir məqsədlə keçirdi – seçiciləri saxlamaq”.

 

Tacxeber.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə media eksperti Tiqran Köçəryan bildirib.

 

“İndiki hakimiyyət ölkənin subyektivliyini ləğv edib, indi Ermənistan regiondakı proseslərə heç bir şəkildə təsir göstərə bilmir və Paşinyanın fikri ilə maraqlanan beynəlxalq oyunçular azdır. Digər tərəfdən, keşiş Baqratın hərəkatı informasiya gündəmini diktə edərək fəallığını davam etdirir. Bütün bunların fonunda Paşinyan anlayır ki, bu gündəmi müxalifətin öhdəsinə buraxsa, onun reytinqləri daha da sürətlə düşməyə başlayacaq. Buna görə də o, informasiya sahəsini hər şeylə doldurmağa çalışır: velosiped sürür, həyat yoldaşı ilə gəzir, onunla lobya qabığı soyur və s. Yəni media sahəsinin diqqətini yalnız opponentlərin ixtiyarına buraxmamaq üçün hər şey edilir”, – deyə o qeyd edib.

 

Köçəryanın sözlərinə görə, Paşinyan media sahəsinin keçmiş nümayəndəsi olduğu üçün çox gözəl anlayır ki, bir-iki gün informasiya meydanında olmasa, elektoratla problemləri ola bilər. “Ona görə də o, tətilini “Tik-Tok”da keçirdi”, – deyə erməni ekspert bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Donetskdə kütləvi məzarlıqda 10 azərbaycanlının meyiti tapıldı – VİDEO

admin

İran prezidenti: İsrail şəhərlərini yerlə-yeksan edəcəyik

redaktor

“Şimali Koreya qoşunlarının hücumları nə ilə bitəcək?” – ISW

redaktor