11 C
Bakı
30 Mart 2026 04:21
Cəmiyyət

Nazir Ramiz Mehdiyevin qohumuna vəzifə verdi

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.

 

Tacxeber.com “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub.

 

Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. R.Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə FHN rəhbərinin müavinidir.

 

Məlumat üçün bildirək ki, E.Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Bu gedişlə yer üzündə bir canlı qalmayacaq”

admin

İş tapa bilmədiyi üçün deputat olmaq istəyir…

redaktor

Mütəxəssislərdən xəbərdarlıq: Bu aylarda münasibət qurmayın!

admin