22.6 C
Bakı
29 İyun 2026 10:00
CəmiyyətSağlamlıq

Mütəxəssislərdən xəbərdarlıq: Bu aylarda münasibət qurmayın!

Qışın gətirdiyi mənəvi ehtiyac insanların yanlış münasibətlər qurmasına səbəb ola bilər.

Münasibətlər üzrə mütəxəssis Sofi Kressin sözlərinə görə, insanlar soyuq aylarda yaxın münasibət qurmaq istəyirlər və bu, onları əslində, çox da ciddi olmayan qısamüddətli romantik məcaralar aparır.

Kress vurğulayıb ki, sevgi ilə sırf təklikdən qaçmaq istəyini ayırd etmək çox vacibdir. Terapevt fərdlərin yanlış münasibətdə olduqlarını anlamalarına kömək edəcək bəzi ipuçlarını da qeyd edib:

“Müsbət münasibət həyatınıza dəyər qatmalıdır, onu azaltmamalıdır. Xoşbəxt bir əlaqənin sizin üçün nə demək olduğunu aydın şəkildə müəyyənləşdirin. Sərhədlərinizə və dəyərlərinizə hörmət etməyən insanları kənarlaşdırın”.

Qış aylarında qurulan münasibətlərin bitməyə məhkum olduğu və ya mütləq pis təcrübə yaşayacağı anlamına gəlməsə də, mütəxəssislərin fikrincə, diqqətli olmaqda fayda var.

Uzun illərdir cütlüklərlə işləyən psixi sağlamlıq məsləhətçisi Alana Carvalho isə bildirib ki, bəzi insanlar xoş vaxt keçirəcək birini axtarırlar. Mütləq sevgi axtardıqlarını düşünməyin..  (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər

“Səba” müəmması: İstehsal dayandırılıb, şirkət sıradan çıxıb, yoxsa?.. – Açıqlama

admin

Həddindən artıq yorğunluğun qarşısının alınması – Sağlam həyata doğru addım

redaktor

Amerikaya getmək asandır, yoxsa orda yaşamaq? – VİDEO

admin