Dünya

Tramp Həbibə qarşı olan sevgisini belə ETİRAF ETDİ

ABŞ pezidentliyinə namizəd Donald Tramp rusiyalı Həbib Nurməhəmmədovu sevimli döyüşçüsü adlandırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Gazeta” məlumat yayıb.

 

“Düşünürəm ki, bu, Həbibdir. O, çox yaxşı idi. O, atası vəfat edəndən sonra idmandan çıxdı. O, dəfələrlə döyüşüb və heç vaxt raundda məğlub olmayıb”, – Tramp bildirib.

 

Həbib Nurməhəmmədov sonuncu döyüşünü 2020-ci ilin payızında keçirərək amerikalı Castin Qetciyə qalib gəlib. Döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini izah edərək, peşəkar karyerasını tərk etdiyini açıqlayıb. Nurməhəmmədov karyerasını bitirdikdən sonra “Eagle FC” promosyonunu təsis edib.

 

İdmançı qarışıq döyüş növləri (MMA) üzrə 29 döyüş keçirib və onların hər birində qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində Həbib idmanda ilin adamı seçilib. 22 oktyabr 2023-cü ildə Nurməhəmmədov döyüşlə bağlı hər şeyi tərk etdiyini bildirrib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın tanınmış briqada komandiri Kabzan vəfat etdi

redaktor

Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib

admin

Bu ölkələrin ordusu yoxdur – HƏRBİ GÜCƏ EHTİYACI OLMAYAN 10  ÖLKƏ

redaktor