Dünyaİdman

Mariya Stadnikin də yarışdığı çəkidə finalçı diskvalifikasiya edildi

Paris-2024-də 50 kq çəki dərəcəsində finala adlayan Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) yarışdan kənarlaşdırılıb.

 

Bu barədə Hindistanın olimpiya komandasının rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.

Belə qərar verilməsinə səbəb isə Vineşin 100 qram artıq çəkidə olmasıdır. Ona görə də idmançı diskvalifikasiya edilib.

 

Bu gün Vineş Phoqat ilə ABŞ təmsilçisi Sara Hildebrandt arasında final görüşü keçirilməli idi. Lakin Phoqat bu diskvalifikasiyaya görə gümüş, Hildebrandt isə qızıl medal alacaq.

Qeyd edək ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də mübarizə aparıb. O, 1/4 final mərhələsində Dolqorjavin Otqonjarvala (Monqolustan) uduzub və turnirlə vidalaşıb.  (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi – VİDEO

redaktor

Kim Çen In depressiyaya düşüb, özünü tənha hiss edir

redaktor

Tramp Netanyahunu niyə oyundan kənar vəziyyətə saldı? – İlk səbəb

admin