Dünya

Dmitri Roqozin ad günündə güllələndi – VİDEO

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozininin ad gününü qeyd etdiyi restoran atəşə tutulub.

Hadisə Ukraynanın Donetsk bölgəsində baş verib.

Kürəyindən yaralanan “Roskosmos”un keçmiş rəhbəri xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Lakin atəş açılan restoranda ölən və yaralılar da olub. Yerli Teleqram kanallarının məlumatına əsasən, restoranın atəşə tutulması nəticəsində qondarma “DXR” hökumətinin sədri Vitali Xotsenko yaralanıb, onun mühafizəçisi ölüb.

Qeyd edək ki, Dmitri Roqozin bir müddət Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri də olub.

Oxşar xəbərlər

İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir

redaktor

İlon Maskın imperatorluğu

redaktor

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor