22 C
Bakı
09 Oktyabr 2026 21:38
Dünya

İsrail hazırlaşır: nazirlərə xüsusi rabitə verildi

 

İsraildə Nazirlər Kabineti üzvlərinə müharibə və mobil rabitə çatışmazlığı halında peyk telefonları verilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

 

“İranın ölkəyə mümkün hücumlarına cavab olaraq hökumət nazirlərinə – təkcə kabinet üzvlərinə deyil – peyk telefonları verilib”, – nəşr bildirib.

 

Qeyd edilib ki, İsrail hökuməti fasiləsiz telefon xidmətini təmin etmək üçün mümkün olan hər şeyi edir.

 

Xatırladaq ki, İran 30 iyulda Pezeşkianın andiçmə mərasiminə qatıldıqdan sonra dincəldiyi iqamətgahın vurulması nəticəsində ölən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qisasını alacağını vəd edib. Buna görə də İsrail müdafiəyə hazırlaşır.

Tacxeber.com

Oxşar xəbərlər

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin