22 C
Bakı
18 İyun 2025 10:19
Dünya

Trampdan seçkilərdəki rəqibi ilə bağlı təəccübləndirən iddia: “O qaradərili deyil”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərindəki mümkün rəqibi Kamala Harrislə bağlı yeni iddia irəli sürüb.

 

Tacxeber.com xəbər verir ki, o, Harrisin hind əsilli olmasına baxmayaraq qaradərili kimi tanınmaq istədiyini bildirib.

 

“O, həmişə hind əsilli olub və sadəcə hind irsini təbliğ edirdi. İndi isə qaradərili kimi tanınmaq istəyir. Onu yaxından o qədər olmasa da, dolayı yolla tanıyıram. Harris təsadüfən qaradərilidir. Yəni bilmirəm, o hinddir, yoxsa qaradərili?”

 

Ağ Ev Trampın Harrisin etnik kimliyini sorğulamasına reaksiya verib. Ağ Evin sözçüsü Karin Jan-Pyer Trampın açıqlamalarını “iyrənc və təhqiredici” hesab etdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın ən böyük aviaşirkətinin direktoru istefa verdi

redaktor

İsrail və HƏMAS arasında sabah atəşkəs olacaq

redaktor

“Demokratların prezidentliyə namizədi Bayden yox, Mişel Obama olacaq” – İDDİA

admin