11 C
Bakı
29 Mart 2026 11:49
Sağlamlıq

Həkimlərdən xəbərdarlıq: Gecə yuxusunun azalması ciddi fəsadlara yol aça bilər

 

Gecə yuxusu vaxtının bir qədər azalması insulin müqavimətinə və şəkərli diabetin inkişafına, həmçinin çəki artımına səbəb ola bilər.

 

Tacxeber.com xəbər verir ki,  fikri Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, tibb elmləri doktoru Vera Larina deyib.

 

O qeyd edib ki, böyüklər üçün gündə yeddi-doqquz saat yuxu kifayətdir və gecə saat 22:00-23:00-da yatmaq məsləhətdir, çünki məhz bu dövrdə orqanizm yuxu hormonu – melatonin istehsal edir. Onun maksimum dozası yığıldıqda, yuxuya getmək daha asandır.

 

“Melatonin insan orqanizminin bioritmlərini sinxronlaşdırır və ömrü uzadır”, – deyə həkim izah edib.

 

Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə bildirib ki, gündə 6 saatdan az yatan insanların erkən ölüm riski 30% çoxdur. Həmçinin, yuxu azlığı idrak funksiyasını və məhsuldarlığı 40% azalda bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Hər Saat 1 STƏKAN SU İÇİN! – Görün Bədənə NƏ EDƏCƏK…

redaktor

Qodji ən qiymətli dərman bitkilərindən biridir

redaktor

Bu göbələk olduqca faydalıdır

redaktor