22 C
Bakı
16 Oktyabr 2026 20:21
Dünya

Ərdoğan Haniyənin faciəsindən danışdı: Lənətləyirəm…

Tehranda HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş xain sui-qəsdi qətiyyətlə pisləyir və lənətləyirəm.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Bu, Fələstin məsələsini, Qəzzanın şanlı dirənişini, fələstinli qardaşlarımızın haqlı mübarizəsini məhv etməyə yönəlmiş alçaq hərəkətdir. Bundan əvvəl Şeyx Əhməd Yasinə, Əbdüləziz Rantisiyə və bir çox qəzzalı siyasi adlara edilən mənfur hücumların məqsədi nə idisə, İsmayıl Haniyəyə yönəlmiş sui-qəsdin də hədəfi odur. Ancaq sionistlər barbarlıqları ilə bu günə qədər olduğu kimi bundan sonra da məqsədinə çata bilməyəcək”, – Ərdoğan bildirib.

 

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan türk jurnalisti beynəlxalq axtarışa verib

redaktor

Qərb niyə irəli getdi, İslam dünyası niyə geridə qaldı?

redaktor

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor