Hadisə

Azərbaycanda dekan müavini faciəli şəkildə dünyasını dəyişdi

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi, 1976-cı il təvəllüdlü Fövzü Quliyev faciəvi şəkildə vəfat edib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə universitet məlumat yayıb.

 

Bildirilib ki, AzMİU-nun İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə ölüb.

 

Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonunu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.

 

Mərhumun 2 övladı qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

DSX hərbçisi silahdan özünə atəş açıb

redaktor

Azərbaycanda zəlzələ olub

redaktor

Azərbaycanlı ailənin cansız bədəni dağıntılar altından çıxarıldı – FOTO

redaktor