21 C
Bakı
09 Oktyabr 2026 13:11
DünyaGündəmSiyasət

Rusiya müdafiə naziri Pentaqona təcili zəng etdi

Rusiyanın müdafiə naziri Andrey Belousovun Pentaqona son zəngi Ukrayna kəşfiyyatının Rusiyada həyata keçirməyi planlaşdırdığı məxfi əməliyyatla bağlıdır.

 

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, Belousov ABŞ-ın müdafiə naziri Lloyd Ostinə əməliyyatla bağlı xəbərdarlıq edib, amerikalılar isə ukraynalılardan “bunu etməməyi” tələb ediblər:

 

“Ruslar Ukraynada Rusiyaya qarşı hazırlanan gizli əməliyyatı üzə çıxarıblar. “Pentaqon bu sui-qəsddən xəbərdardırmı”, – Belousov Ostindən soruşub. Pentaqon rəsmiləri bu iddiadan təəccübləniblər və belə bir sui-qəsddən xəbərsiz olduqlarını deyiblər”.

 

Nəşrin iddiasına görə, bundan sonra amerikalılar ukraynalılarla əlaqə saxlayıb və deyiblər ki, belə bir əməliyyat keçirməyin.

Konkret nə planlaşdırıldığı barədə isə məlumat verilmir.

 

Qeyd edək ki, Belousov Ostinə 12 iyulda zəng etmişdi. (Ölkə.az)

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor