Hadisə

Başına bit düşən uşaq o dərmandan istifadə edib dünyasını dəyişdi

Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb.

 

“Qafqazinfo”nun məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.

 

Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.

 

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Kanadada sürücü avtomobili izdihamın üzərinə sürdü.

admin

ABŞ, İsrail-İran atəşkəsindən sonra real vəziyyətin təhlili

admin

Tramp Melaniya ilə Epşteyn vasitəsilə tanış olub?

admin