DünyaQalmaqalŞou

Alsu boşandığı bakılı ərinin mənzilini əlindən almaq istəyir.

Keçmiş bakılı əri, iş adamı Yan Abramovdan ayrılan məşhur rusiyalı müğənni Alsu Moskva şəhərində yerləşən “Triumf Palace”dakı mənzilin mülkiyyət hüququnu öz adına tanınması məqsədilə məhkəməyə müraciət edib.

 

Tacxeber.com bu barədə “Mash” “Telegram” kanalına istinadən məlumat verir.

 

Mənbə yazır ki, daşınmaz əmlakın dəyəri 300 milyon rubl (3 milyon dollar) qiymətləndirilir.

 

Öz növbəsində mətbuata açıqlama verən Yan Abramovun vəkili Aleksandr Dobrovinski bildirib ki, Moskvada boşanma prosesi davam etdiyi bir vaxtda müğənni Alsu övladlarından biri ilə Parisdə keçirilən Olimpiadanı seyr etməyə yollanıb.

 

Məlumat üçün əlavə edək ki, Alsu ilə Yan Abramov 18 il nikahda olublar. Cütlüyün bu nikahdan Safina, Mikella və Rafael adlı övladları var.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor