24 C
Bakı
22 İyun 2025 10:02
Dünyaİdman

“Mançester Yunayted”dən Vinisius üçün fantastik təklif

“Mançester Yunayted” “Real”ın vingeri Vinisius Junioru heyətinə qatmaq istəyir.

 

Bu barədə Britaniya mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar” 23 yaşlı futbolçuya ümumi maaşı 200 milyon avro olan 5 illik müqavilə təklifi göndərib. Həmçinin klub braziliyalının transfer üçün Madrid təmsilçisinə 230 milyon avro təklif edib. Futbolçunun özü isə “Real”dan ayrılmaq fikrində deyil.

 

Xatırladaq ki, Vinisius 2018-ci ilin iyulunda “Flamenqo”dan “Real”a keçmişdi. Ötən mövsüm o, 39 oyuna çıxıb, 24 qol vurub və 11 qolun ötürməsini verib. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan ən böyük kriptovalyuta birjalarını bloklayır

admin

Karqo şirkətindən bu halda pulunuzu tələb edə bilərsiniz

redaktor

Rusiya Yeni il gecəsi Ukraynaya geniş miqyaslı hücum edib

redaktor