Sağlamlıq

Qanda maqneziumun optimal səviyyədə olması demensiya riskini azaldır

Massaçusets Louell Universitetinin alimləri optimal maqnezium səviyyələrinin demensiya inkişafının ən aşağı riski ilə əlaqələndirildiyini üzə çıxarıblar.

 

Alimlər qanda maqneziumun optimal səviyyəsinin demensiyadan qoruya biləcəyini bildiriblər.

 

Onlar yetkinlərin idrak sağlamlığında maqneziumun rolunu araşdıran tədqiqatları sistematik olaraq nəzərdən keçiriblər.

 

Elm adamları, həmçinin qida və ya əlavələrdən alınan müxtəlif maqnezium formalarının koqnitiv bacarıqlara necə təsir etdiyini müəyyən etmək üçün seçilmiş elmi məqalələrin meta-analizini aparıblar.
Nəticədə müəyyən edilib ki, qanda bu mikroelementin səviyyəsinin optimal səviyyədə (0,085 mmol/litr) saxlanılması yaddaş itkisi və digər koqnitiv pozğunluqların ən aşağı ehtimalı ilə əlaqələndirilir.

 

Tədqiqatın nəticələri “Advances in Nutrition” jurnalında dərc olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Nəyə görə balqabaq şirəsini içməliyik? – Sonsuz faydaları

redaktor

Elm adamları antidepresanların yaddaşı dəyişdirdiyini aşkar ediblər

redaktor

FEYXOANI niyə ən çox kişilər yeməlidir? – Meyvənin TƏRKİBİ və ZƏRƏRLƏRİ

redaktor