31.6 C
Bakı
13 Avqust 2026 15:37
Sağlamlıq

Zəhərlənmələrin əksəriyyəti bu məhsullardan olur – VİDEO

Zəhərləmələr daha çox ət və ət məhsulları, müxtəlif növ salatlar, süd və süd məhsulları, kremli qənnadı məmulatlardan olur. Bu  ilin hazırkı dövrünə qədər 46 qida zəhərlənməsi faktı öz təsdiqini tapıb.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Ramazan Nəbiyev deyib.

O bildirib ki,  zəhərlənmələrin əksəriyyəti məişət zəminində, yəni ev şəraitində baş verib.

Bu il aparılan monitorinqlər zamanı o da məlum olub ki, qida təhlükəsizliyi qeydiyyatından keçmiş bir şadlıq sarayına qidalar evdə hazırlanaraq gətirilir.

Monitorinqlər hazırda da davam etdirilir.

Tacxeber.com Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Oxşar xəbərlər

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor

Tərkibində yüksək miqdarda yod olan QİDALAR

redaktor

Barmaqları şaqqıldatmaq zərərli imiş

redaktor